Uşaq musiqi məktəbinin
yubiley konserti
İyunun 8-də
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və
Turizm Baş İdarəsinin 37 nömrəli
Uşaq musiqi məktəbinin 25 illik yubileyi ilə əlaqədar hesabat konserti keçirilib.
Tədbirdə
əməkdar artistlər
Teyyub Aslanov, Əliağa Sədiyev, İsmayıl Həmidov, Vamiq Məmmədəliyev,
Mirnazim Əsədov, paytaxtın musiqi və incəsənət məktəblərinin direktorları,
digər qonaqlar iştirak ediblər.
Aparıcı konsert proqramını
açıq elan edərək, məktəbin
fəaliyyəti, qazanılan
nailiyyətlər barədə
danışıb.
Konsertdə məktəbin istedadlı
şagirdlərinin ifasında
Azərbaycan və xarici bəstəkarların
əsərləri - F.Bədəlbəylinin
“Dəniz”, R.Hacıyevin
“Azərbaycanım”, S.Ələsgərovun
“Aşıqsayağı”, F.Sücəddinovun
“Vətən balladası”,
V.A.Motsartın “Serenada”,
O.Novaçekin “Perpetuum
mobile” və başqa əsərlər, “Orta şəşəngi”, “Şahsevəni”
saz havaları səsləndirilib.
Sonda
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vuqar
Zeynalov məktəbin kollektivini
təbrik edərək, onlara uğurlar arzu edib. Yubiley münasibətilə
məktəbin direktoru Möhüb
Babayevə fəxri fərman təqdim edilib.
Mədəniyyət.- 2017.- 14 iyun.-
S.6.