Britaniyanın hərbi orkestri
Bakıda konsert proqramı ilə
çıxış edib
İyunun 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Britaniyanın hərbi orkestri konsert proqramı ilə çıxış edib. Konsert “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestri ilə Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin birgə proqramı əsasında təşkil olunub.
Əvvəlcə Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karol Krofts çıxış edərək qonaqları salamlayıb.
Diplomat bildirib
ki, Salamanka orkestri Britaniya ordusunun ehtiyatda olan zabitlərindən formalaşıb. Orkestrin üzvləri ehtiyatda
olan zabitlər olduğundan onlar müxtəlif növ mülki işlərdə
çalışırlar və
hər çərşənbə
axşamları toplaşaraq
məşq edirlər.
Kollektiv eyni zamanda Britaniya
ordusunun və bütövlükdə geniş
müdafiə sahəsini
əhatə edən
regional fəaliyyətlərə də öz dəstəyini göstərir.
Bundan savayı orkestr Kipr, Fransa və
digər yerlərdə
müxtəlif parad və tədbirlərdə
iştirak edib.
Sonra tədbirdə hər
iki hərbi orkestrin ifasında musiqi parçaları səsləndirilib.
Mədəniyyət.- 2017.- 14 iyun.-
S.12.