“Ənənələr və müasirlik”
Ölkəmiz
Moskvada beynəlxalq təsviri sənət
festivalında təmsil olunub
İyunun 7-dən 11-dək Moskvada, “Manej” Mərkəzi Sərgi Salonunda “Ənənələr və müasirlik” XII Beynəlxalq Təsviri Sənətlər Festivalı keçirilib.
Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, akademiyanın vitse-prezidenti, SSRİ və Azərbaycanın Xalq rəssamı Tahir Salahov və başqaları iştirak ediblər.
Festivalda Azərbaycanı rəssam
Rufina Abbasova təmsil edir. Onun əsərləri
qrafika ilə rəngkarlığın sintezindən
ibarət unikal texnikada yerinə yetirilib.
Moskva Mədəniyyətin və
Müasir İncəsənətin
İnkişafına Dəstək
İctimai Fondunun prezidenti, festivalın təşkilat komitəsinin
sədri və kuratoru Vera Kiselyova bildirib ki, festivalın
əsas ideyası müxtəlif istiqamətlərdə
və janrlarda işləyən rəssamları
bir sərgi məkanında toplayaraq, dünya incəsənətinin
bütün palitrasını
nümayiş etdirməkdir.
Bu il festivalda
Azərbaycan, Anqola, İsrail, ABŞ və Böyük Britaniyadan
300-dən çox iştirakçı
öz əsərlərini
nümayiş etdirib.
Beynəlxalq festival
UNESCO-nun himayəsi və Rusiya
Mədəniyyət Nazirliyinin, “Sərhədsiz
dünya” Beynəlxalq Fondunun,
Moskva hökuməti və Moskva
Şəhər Mədəniyyət Departamentinin
dəstəyi ilə keçirilir.
Mədəniyyət.- 2017.- 14 iyun.-
S.7.