Rostropoviçin qızı maestronun ev-muzeyində

 

 

 

   İyunun 12-də Mstislav Rostropoviçin qızı, Rostropoviç-Vişnevskaya Xeyriyyə Fondunun prezidenti Yelena Rostropoviç Bakıya qısamüddətli işgüzar səfəri zamanı maestronun ev-muzeyinə baş çəkib.

   Qeyd edək ki, muzeydə gedən təmir işlərindən sonra ekspozisiya hələ ziyarətçilərin üzünə açılmayıb. Y.Rostropoviç muzeyin yenilikləri ilə maraqlanıb, onun gələcək fəaliyyəti haqqında təklif məsləhətlərini bildirib.

   Y.Rostropoviç vaxtilə atası tərəfindən ona həvalə edilən fondun yeni işləri və layihələri ilə bağlı fikirlərini muzeyin direktoru Şeyla Heydərova ilə bölüşüb. Səmimi şəraitdə keçən görüşün sonunda Y.Rostropoviç atasının portreti önündə yadigar fotoşəkil çəkdirib.

 

Mədəniyyət.- 2017.- 14 iyun.- S.7.