Türk dünyası İŞIQlılarından

 

 

 

   İnsan təbiətini işıqlandıranlar ana təbiətin işıq-alovunda yanmaqdan qorxmaz!” devizli uyğur şairi Lutpulla Mütəllip!

  

   Oktyabr ayında doğulmuş bu sənətkarı məhz bu ay xatırlayıb-xatırlatmağımın səbəbi var. Belə ki, öz dostlarıyla birgə vəhşicəsinə edam edilmiş bu qəhrəman türk oğlunun sümükləri beş il sonra - iyunun 15-də - xalqın ayağa qalxıb basqın etdiyi həbsxanada tapılıb...

  

   Ovaxtlar həbsxanada işləmiş nəzarətçilərə təzyiq göstərən xalq Mütəllip və məsləkdaşlarının cənazələrinin harada gizlədildiyini tələb edironlar da canlarının qorxusundan həqiqəti deməli olurlar. Məlum olur ki, vətənpərvərlər həbsxana ərazisindəki donuz damında güllələnmişdir...

   Əsasən uyğurlar yaşayan Sintszyan-Uyğur muxtar bölgəsi “Doğu Türküstan” adlandırılırkən, imperatorun 1884-cı il 18 noyabr tarixli əmrilə “Sincianqa - Çinin 19-cu vilayətinə çevrildi...

   Bu gün orada yaşayanlarımız “uyğur”, burada yaşayanlarımız “azərbaycanlı”, başqa ərazilərdə ömür sürənlərimiz “kim”-“kim”-“kim”... Hər birimizin də ayrıca TARİXi, ədəbiyyat TARİXi, dil TARİXi!

  

   Zor gücünə “oxşarlıq”lar...

  

   1819-1826-cı illərdə Doğu Türküstanda xalq mancur mənşəli Çinq hakimiyyətinə qarşı üsyan qaldıranda Qarabağ, İrəvan və Gəncədə Abbas Mirzənin başçılıq etdiyi qoşunlar da rus ordusuna qarşı vuruşurdu...

   1931-ci ilin fevralında oranın Qumul vilayətində xalqın üsyanı nəticəsində “Doğu Türküstan İslam Cümhuriyyəti” (1933) elan ediləndən, SSRİ-nin oranı öz təsir dairəsində saxlamaqçün silaha əl atıb onun ləğvinə nail olandan sonra hakimiyyət müxtəlif bölgələrdə itaətsizliyə başlayan xalqdan bir gündə 6 min nəfərini güllələyib, 3 yüz mindən çoxunu həbsə alıb, 10 mindən yuxarı ailənin mal-mülkünü müsadirə edəndə Azərbaycanda da repressiya dalğası əsməkdə idi...

   1944-cü ilin iyulunda İli bölgəsində qalxan və qələbə ilə başa çatan üsyanın başçısı Əli xan Törə yenidən elan edilən “Doğu Türküstan Cümhuriyyəti” hökumətinin başçısı kimi nə günə salındısa, ondan iki il sonra Güney Azərbaycanımızda qurulmuş milli hökumətin rəhbəri S.C.Pişəvəri də eləcə...

   Deməli, insanlarımızın qəza-qisməti də ölkələrimizinki kimi; gənc yaşlarında qəddarlıqla öldürülmüş böyük uyğur inqilabçısı, şairidramaturqu Lutpulla Mütəllipin taleyi nakam Müşfiqimizin, Vətənindən əyilməz qamət, şahanə əzəmətlə ayrılıb quruca sümüklərilə qayıtmış Cavid əfəndimizin talelərini yada salmırmı?..

  

   Öz xoşuna “özgürlük”lər

  

   Atasının özMin bir hədis” kitabının qapağına yazdığı qeydlərə görə, 1922-ci il oktyabrın 16-da Qazaxıstanın (Almatı yaxınlığında Uyğur rayonu kimi tanınan) Nilki qəsəbəsinin Çinçi kəndində doğulmuş Lutpulla Həzim Axund oğlu Mütəllip kiçik yaşlarından fitri istedadıyla ətrafındakıların diqqətini cəlb edib. İlk təhsilini evdə (atasından) alan Lutpulla Qulca şəhərindəki ibtidai məktəbdə oxuyarkən tatarrus dillərini də öyrənib və təhsilini rus gimnaziyasında davam etdirib. Hələ 15 yaşındaykən “İli qəzeti”ndə “Mənim xalqım” adlı ilk şeirini çap etdirən Lutpulla gənclik illərində yazdığı üsyankar şeirlərinə görə “od ürəkli şair” adlandırılıb.

   O, Urumçi Universitetinə qəbul olunsa da, maddi sıxıntı üzündən təhsilini davam etdirə bilməyib. 1941-ci ildə sovet mühəndislərinin tərcüməçisi kimi Güney Sincana gedib, lakin Almaniya-SSRİ müharibəsilə əlaqədar həmin kəşfiyyat işləri dayandırıldığından, Lutpulla Urumçiyə dönməli olub və təhsilini davam etdirməklə yanaşı, Sincan qəzetində çalışıb, “Ədəbiyyat gülzarı” adlı səhifədə maraqlı materiallar hazırlayıb.

   Bu istedadlı şair, publisistdramaturqun 20 yaşda ikən (1942) yazdığı və elə həmin il səhnələşdirilən “Gerçək modenpyesi Çin valisi tərəfindən yasaqlanır və ona qarşı təqiblər başlanır. Buna baxmayaraq, bədii yaradıcılığını və milli-siyasi mübarizəsini dayandırmayan, ənənəvi əruz və heca vəznli nümunələrlə yanaşı, qələmini “sərbəst”də də sınayan Lutpulla oxuma-yazma bilməyən insanları da ayıltmaq üçün, daha çox, “asandilli” əsərlərə güc verir. Qələmə aldığı “Borandan sonrakı aydınlıq”, “Samsaq ağa hirsləndi” kimi pyesləri tək elə səhnələri yox, küçə və meydanları da silkələyir...

   1943-cü ildə Sincanın siyasi həyatındakı dəyişmələr, “demokratik görüntülüvali Ş.Ş.Qomindanın Çin Milli Partiyasına daxil olması bölgədə tarazlığın pozulması və çinlilərin müstəmləkəçilik siyasətinin getdikcə şiddətlənəcəyindən xəbər verir. Bu, Lutpulla Mütəllip kimi vətənsevərlərin vəziyyətini daha da ağırlaşdırır. İşdən çıxarılmaqdan əlavə, həbs və sürgün ab-havasıyla da üzləşən L.Mütəllipi çoxo yan-bu yandan sonra Aksudakı “Sincan” qəzetinə redaktor müavini göndərirlər. Gəlişi Aksu vətənsevərləri tərəfindən böyük coşğu ilə qarşılanan Lutpulla bu qəzetdə hazırladığı “Cənub Şamili” səhifəsinin ətrafına mübariz gənc qələmlər cəlb edir. “Cənubtin avaz” (“Cənubdan səs”) jurnalına məsul katiblik də edən L.Mütəllip “Təsiratım”, “Yillara cavap”, “Pəryat”, “Muhəbbət həm neprət” kimi alovlu şeirlər, “Əcəl aninda”, “Padişah samuraylari böyük yorğunluq içində” kimi satirik məqalələr, “Samsak ağa əsəbiləşir”, “Mübariza kızı”, “Borandan sonraki güneş” adlı səhnə əsərləri, ədəbiyyat nəzəriyyəsi, sənət və uyğur teatrı ilə bağlı məqalələrini yazır. Bizim “Arşın mal alan”ın Doğu Türküstandakı uğuru bir çox səhnə əsərlərinə rejissorluq etmiş (və özü baş rollar oynamış) bu gənci “Tahir ilə Zöhrə”, “Qərip ilə Sənəm” operalarının librettosunu yazmağa ruhlandırır.

   1945-ci ildə İli, Altay, Tarbaqatay bölgələrində yaşayan uyğurların hökumətə qarşı başladığı etiraz hərəkatına qoşulan L.Mütəllip bölgə hakimiyyətini devirmək cəhdində bulunurböyük bir eşqlə “Uçkunlar ittipakı” təşkilatını yaradır.

   Uçkunlar ittipaki” üzvləri Qomindan partiyasının tabeliyində olan silah anbarına girməkçün açar hazırlayıb işə başlarkən L.Mütəllipi - 30-a yaxın silahdaşıyla birgə həbs edirlər. Onun əsgəri birlikləri 1945-ci ildə qarlı dağlar aşaraq Güney Sincana keçib Aksu şəhərinə doğru irəliləyir. Həbsdə olanların üsyan qaldıracağından və xalqın onlara qoşulacağından qorxuya düşən qomindançılar L.Mütəllipi məsləkdaşları ilə birlikdə güllələyirlər. Bundan xəbər tutcaq hücum çəkib həbsxananı dağıdan xalq kütləsi L.Mütəllipin divara öz qanıyla yazdığı misralarla üzləşir:

  

   Bu geniş dünya mənimçün oldu cəhənnəm,

   Tər gənc gülümü xəzan etdi qaniçən sərsəm!..”

  

   Vətəninin azadlığı uğrunda mübarizədə şəhid olan Lutpullanın ideyaları “Doğu Türküstan” hökumətinin qurulması ilə (sovetlərin yardımıyla Çində kommunistlərin hakimiyyətə gəlməsi “sayəsində”) reallaşsa da, kommunistlər dünənki silahdaşlarına divan tutdular, müstəmləkəçilik siyasətinin davamı olaraq - 1947-də “Doğu Türküstan” liderlərini təyyarə qəzasına uğratdılar, digər fəalları müxtəlif üsullarla məhv etdilər, L.Mütəllipin xanımını siyasi və... iqtisadi təqiblərə məruz qoya-qoya, yeganə övladlarını acından öldürdülər...

   Ancaq son illər oralarda baş verənlər göstərir ki, Lutpulla Mütəllipin ideyaları ölməyib!..

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 24 iyun.- S.13.