Milli Dram Teatrının səhnəsində “İnsan
səsi”
İyunun 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində Mədəniyyət
və İncəsənət
Universitetinin magistri, teatrın aktrisası Şəhla Əliqızının
quruluş verdiyi və rol aldığı
“İnsan səsi” tamaşası təqdim edilib.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, fransız yazıçısı
və kinorejissoru Jan Koktonun müəllifi olduğu mono-pyes əsasında ərsəyə
gələn səhnə
işinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino
Rhodes, səhnə tərtibatçısı
Qabil Gözəlovdur.
Tamaşanın elmi rəhbəri
professor İlham Rəhimli,
yaradıcılıq işləri
üzrə rəhbəri
Əməkdar artist Fərhad
İsrafilovdur.
Səhnə əsəri tənha
qadının faciəsi üzərində qurulub.
Sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi
gözləyir. Qadının gözlədiyi zəng nəhayət
gəlir və o, çətin də olsa sevgilisi ilə
vidalaşır. Müəllif əsərdə
atılmış qadının iztirablarını, uğursuz sevginin gətirdiyi
intiharı təsvir edir.
Mədəniyyət.- 2017.- 14 iyun.-
S.7.