Prezident görkəmli müğənni Fidan Qasımovanı “İstiqlalordeni ilə təltif edib

 

 

 

   Prezident İlham Əliyevin iyunun 16-da imzaladığı sərəncamla Fidan Əkrəm qızı Qasımova Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlalordeni ilə təltif edilib.

   Dövlət başçısı görkəmli opera müğənniləri, xalq artistləri FidanXuraman Qasımovaları qəbul edib. Prezidentİstiqlalordenini Fidan Qasımovaya təqdim edib.

   Müğənnini qarşıdan gələn yubileyi münasibətilə təbrik edən dövlət başçısı ona cansağlığı, yeni uğurlar arzulayıb.

   Prezident daha sonra deyib: “Siz uzun illər öz sənətinizlə Azərbaycan xalqını sevindirmisiniz. Azərbaycan xalqı sizin fəaliyyətinizə yüksək qiymət verir, sizi sevir. Siz xalqımızı müxtəlif ölkələrin səhnələrində ləyaqətlə təmsil etmisinizbu gün də təmsil edirsiniz. Sizin fəaliyyətiniz həm sovet dövründə, həm də müstəqillik dövründə yüksək qiymətləndirilmişdir. Siz hələ sovet dövründə Azərbaycan Respublikasının Xalq artisti, SSRİ Xalq artisti adlarına layiq görülmüsünüz. Bu, sizin istedadınıza verilən yüksək qiymət idi.

   Siz yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev sizə və Xuraman xanıma həmişə böyük diqqət və qayğı ilə yanaşırdı, sizi çox sevirdi, sizin fəaliyyətinizlə maraqlanırdı. Mən də öz növbəmdə çalışıram ki, sizə lazımi qayğı və diqqəti göstərim. Azərbaycan dövləti, müstəqil Azərbaycan sizin fəaliyyətinizi çox yüksək qiymətləndirib. Ulu öndərin sərəncamı ilə 1997-ci ildə siz “Şöhrət” ordeni ilə təltif olunmusunuz. 2010-cu ildə isə mənim sərəncamımla “Şərəf” ordeni ilə təltif edilmisiniz. Bir çox beynəlxalq mükafatlara da layiq görülmüsünüz. Bu gün mənim sərəncamımla Azərbaycan dövlətinin ən yüksək ordenlərindən biri olanİstiqlalordeni ilə təltif olunursunuz. Bu, yüksək mükafatdır, siz buna layiqsiniz”.

   Fidan Qasımova yüksək təltifə görə Prezidentə minnətdarlığını bildirib: “Məni belə yüksək mükafata layiq gördüyünüz üçün Sizə böyük minnətdarlığımı bildirmək istəyirəm. Sizin bütün ailənizə təşəkkürümü bildirmək istəyirəm. Bizim Birinci vitse-prezidentimiz Mehriban xanıma minnətdarlığımı bildirirəm. O da bizə qarşı həmişə çox diqqətli olub”.

   Bu günlərdə Florensiyadan gəldiklərini, orada italiyalı tələbələrə ustad dərsləri keçdiklərini deyən F.Qasımova Azərbaycanın Avropada, bütün dünyada tanındığını vurğulayıb: “Bu, Sizin sayənizdə olub. Bizöz sadə sənətimizlə Azərbaycanı tanıtdırırıq. Amma Siz bu istiqamətdə daha böyük işlər görürsünüz. Bir-iki ay bundan əvvəl vokal müəllimi Leonardo Belisi Azərbaycana gəlmişdi. O, Bakının gözəlliyinə valeh oldu. O, Sizin haqqınızda burada eşitdiklərini İtaliyada, Florensiyada bizə həvəslə danışırdı. Bu, bizi çox sevindirirdi. Bu uğurlara görə Sizə bir daha səmimi qəlbdən minnətdarlığımı bildirirəm”.

   Sonda xatirə şəkli çəkdirilib.

 

 

 Mədəniyyət.- 2017.- 17 iyun.- S.2.