“Mən gəldim, qızlar” Qazaxıstanda nümayiş etdirilib
Qazaxıstanın paytaxtı Astanada “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalı keçirilib. İyunun 12-də başlanan festivala Qazaxıstan, Azərbaycan, Rusiya və Qırğızıstanın 10 teatrı qatılıb.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı festivala İsveç yazıçısı Lars Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) tamaşasını aparıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur, əsas rolları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktrisalar Zümrüd Quliyeva və Səbinə Məmmədova oynayırlar.
Tamaşa
iyunun 13-də “Jastar”
teatrında nümayiş etdirilib.
“Səhnədən salam” V Beynəlxalq Teatr Festivalı iyunun 17-də
başa çatacaq.
Mədəniyyət.- 2017.- 17 iyun.-
S.2.