Azərbaycan xalqının qurtuluş
mübarizəsinin qalibi
Milli Kitabxanada elmi konfrans və sərgi keçirilib
İyunun 14-də
Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyi və AMEA-nın A.Bakıxanov adına
Tarix İnstitutu ilə birgə “Heydər Əliyev: Azərbaycan xalqının
qurtuluş mübarizəsinin
qalibi” mövzusunda elmi konfrans və
“15 İyun - Milli Qurtuluş Günü” adlı kitab sərgisinin açılışı
keçirilib.
Əvvəlcə
iştirakçılar ümummilli
liderin həyatını,
dövlətçilik fəaliyyətini,
müstəqillik tariximizi
əks etdirən kitab sərgisi ilə tanış
olublar. Sərgidə 200-ə yaxın ədəbiyyat nümayiş
olunub.
Milli Kitabxananın direktoru Kərim Tahirov konfransı açıq elan edərək ümummilli liderin ömür yoluna nəzər salıb, ulu öndərin Azərbaycanın müstəqilliyinin
qorunub saxlanılması,
ölkəmizin dünyaya
tanıdılmasında rolundan,
xalqımız qarşısında
tarixi xidmətlərindən,
mədəniyyətə, incəsənətə
verdiyi yüksək qiymətdən söz açıb.
Sonra ümummilli lider
haqqında qısa
film təqdim edilib.
Konfransda iştirak edən mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev bütün dünyada hörmət və böyük nüfuz qazanmış görkəmli
dövlət xadimi Heydər Əliyevin fəaliyyətindən danışıb,
onun uzaqgörən və istedadlı idarəçiliyi sayəsində
Azərbaycanın hər
sahədə inkişaf
etdiyini və bugünkü nüfuzlu mövqeyə çatdığını
vurğulayıb. Vaqif Əliyev
çıxışında ulu öndərin ictimai-siyasi fəaliyyətinə
nəzər salaraq onun siyasi rəhbərlikdə
olduğu sovet dövrü, 80-ci illərin
sonu və
1991-2003-cü illərdə Azərbaycanın dövlət
müstəqilliyinin bərpası
və möhkəmləndirməsi
dövründən bəhs
edib, bu illərdə Heydər Əliyevin siyasətdə
atdığı addımlardan
söz açıb.
Konfransda AMEA-nın həqiqi üzvü, millət vəkili, Tarix institutunun direktoru Yaqub Mahmudov, institutun əməkdaşları - professor Ədalət Qasımov, tarix üzrə fəlsəfə doktorları Leyla Hüseynova, Nigar Axundova çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemləşdirib, onu ümummilli məfkurə, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırıb.
Tədbirin sonunda AMEA-nın Tarix İnstitutunun son illərdə çapdan çıxmış nəşrləri Milli Kitabxanaya hədiyyə olunub.
Lalə
Mədəniyyət.- 2017.- 17 iyun.-
S.6.