Mədəni sərvətin mühafizə
şəhadətnaməsinin verilməsi qaydaları ilə
bağlı müşavirə
İyunun 13-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi qaydalarının asanlaşdırılması məqsədilə nazir müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə müşavirə keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar bu il mayın 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir pəncərə” İxraca Dəstək Mərkəzi yaradılıb və Nisəxanım Muxtarlı nazirliyin qurumda nümayəndəsi təyin olunub.
“Bir pəncərə” İxraca Dəstək Mərkəzində mədəni sərvətlərin ixracı zamanı mühafizə şəhadətnamələrinin əldə edilməsi üçün hər bir fiziki və hüquqi şəxs “Bir pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edə bilər.
Müşavirədə
nazirliyin səlahiyyətli nümayəndələri
tərəfindən rəhbərlik etdikləri ekspert komissiyalarının “Bir
pəncərə” İxraca Dəstək
Mərkəz ilə işin səmərəli
qurulması, mühafizə şəhadətnamələrinin
verilməsi qaydalarının asanlaşdırılması, ekspert rəylərinin verilməsi ilə
bağlı mövcud olan
qiymət cədvəllərinin tənzimlənməsi barədə
fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2017.- 17 iyun.-
S.8.