Pianoçu şagirdlər Türkiyədə laureat olublar
Bakı Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin Georgi Şaroyev adına 35 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası
üzrə X sinif şagirdləri Səbinə
Eldarlı, Nigar Kərimova və XI sinif şagirdi Gülnaz Eldarlı Türkiyənin İzmir şəhərində keçirilən
“Motsart Akademiyası” gənc pianoçuların
III beynəlxalq festival və
müsabiqəsində iştirak
ediblər.
Məktəbdən bildirilib ki, iki turdan ibarət
müsabiqənin nəticəsinə görə Gülnaz Eldarlı birinci,
Səbinə Eldarlı isə ikinci yeri qazanıb. Nigar Kərimova isə diploma layiq görülüb. Onların müəllimi
professor Siala Sinamdzqvarişvilidir.
Mədəniyyət.- 2017.- 17 iyun.-
S.9.