“Milli
kino günləri” davam edir
Bakı Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə layihəsi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi
ilə iyunun 14-də başlanan “Milli kino günləri” davam edir. Filmlər
bazar ertəsi, çərşənbə və
cümə günləri
saat 12:30-da nümayiş
edilir.
İyunun 21-də
Nizami Kino Mərkəzində
“İçərişəhər”, ayın 23-də “Qatil”,
26-da “Xeyirlə Şərin
rəqsi” filmləri göstəriləcək. 28 iyunda “Yaddaş”, 30 iyunda “Nabat” filmləri nümayiş olunacaq. “Milli
kino günləri” iyulun 14-dək davam edəcək.
Seanslara giriş pulsuzdur.
Ətraflı
informasiyanı Nizami Kino
Mərkəzinin məlumat mərkəzindən və sosial şəbəkə səhifəsindən
öyrənmək mümkündür.
Mədəniyyət.- 2017.- 21 iyun.-
S.3.