Azərbaycanlı pianoçunun Parisdə solo konserti
Tanınmış pianoçu Səidə
Zülfüqarova iyunun
25-də Parisdə Bulon-Bilankur
Birləşmiş Protestant Kilsəsində solo konsert
proqramı ilə çıxış edəcək.
İfaçı bu məlumatı
sosial şəbəkə
səhifəsində paylaşıb.
Konsertin proqramına L.Bethoven, F.Şopen, C.Hacıyev, F.Bədəlbəyli və
F.Sayın əsərləri
daxildir.
Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Paris IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub. Hazırda Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professorudur.
Mədəniyyət.- 2017.- 21 iyun.-
S.3.