Gəncə şəhər Mərkəzi
kitabxanasında “Amerika guşəsi”
yaradılıb
Gəncə şəhər Mərkəzi kitabxanasında “Amerika guşəsi”nin açılışı olub. Müxtəlif profillər üzrə fəaliyyət göstərəcək guşənin açılması iki ölkə arasında dostluq əlaqələrini daha da inkişaf etdirəcək. Gələcəkdə isə burada film çəkmək üçün və rejissorluqla bağlı seminarlar təşkil olunacaq.
Mərasimdə çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta bildirib ki, burada ingilis dilini öyrənmək və təhsil proqramlarını mənimsəmək də mümkündür. Mərkəzə müraciət edənlər yalnız ABŞ-ın mədəniyyəti haqqında deyil, eləcə də elm, texnologiya və digər sahələrlə bağlı faydalı məlumatlar əldə edə biləcəklər.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva Şərqin qədim elm və mədəniyyət mərkəzlərindən olan Gəncədə “Amerika guşəsi”nin açılmasının sakinlər üçün dəyərli töhfə olduğunu deyib.
Çıxışlardan sonra qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Qeyd
edək ki, “Amerika
guşəsi” proqramına Azərbaycan Dillər Universitetində
fəaliyyət göstərən Bakı Amerika
Mərkəzi, Gəncə, Kürdəmir, Salyan
və Xaçmaz şəhərlərində
yerləşən regional “Amerika
guşə”ləri daxildir.
Mədəniyyət.- 2017.- 21 iyun.-
S.4.