“Mədəniyyət abidələri bərpaçıların
gözü ilə”
Cənub
bölgəsində seminar-treninq və
fotosərgi təşkil edilib
Bu il Mədəniyyət və Turizm Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 60 ili tamam olur. Ötən müddətdə mərkəzdə 15 mindən artıq eksponat bərpa və konservasiya olunaraq muzeylərə qaytarılıb.
Mərkəz yubiley tədbirləri çərçivəsində yerlərdə muzey işçiləri üçün treninqlərin təşkilinə də diqqət ayırır.
12-14 iyun tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyində Masallı, Yardımlı və Cəlilabad rayonlarının muzey əməkdaşları üçün “Mədəniyyət abidələri bərpaçıların gözü ilə” adlı seminar-treninq seminar və fotosərgi keçirilib. Seminar zamanı iştirakçılara mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verilib, aparılan bərpa və konservasiya proseslərini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Mərkəzin direktoru Zərifə Məlikova, baş mühafiz İranə İbrahimova, tarix-diyarşünaslıq muzeylərinin direktor və əməkdaşları tədbirdə çıxış ediblər. Mərkəzin əməkdaşları - bərpaçı-rəssamlar Pərviz Zeynalov və Elşən Heybətov tərəfindən iştirakçıların sualları ətraflı cavablandırılıb, muzey əşyalarının qorunması və saxlanmasına dair tövsiyələr verilib.
Lalə
Mədəniyyət.- 2017.- 21 iyun.-
S.7.