Yeni “Vaqif” və
“Qıçpaq rəqsləri” ilə mövsüm
başa çatdı
İyunun 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 2016-2017-cı il teatr mövsümünü “Qala-balet” gecəsi ilə başa vurdu. Bəri başdan qeyd edək ki, belə bir balet gecəsi bizim teatrda ilk dəfə keçirilirdi. Üstəlik, proqram tərtib edilərkən teatrın hazırkı repertuarında olmayan balet tamaşalarından fraqmentlərə daha çox yer ayrılmışdı.
P.Çaykovskinin «Yatmış gözəl», E.Helstedin «Censanoda gül festivalı», S.Puninin «Esmeralda» baletindən fraqmentlər N.Rimski-Korsakovun «Şəhrizad», L.Minkusun «Don Kixot», M.Ravelin «Bolero» baletlərindən adajio və variasiyalar ilə birlikdə təqdim edildi. Tamaşaçılar balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova (Zübeydə, «Şəhrizad») ilə yanaşı, gənc solistlər Samirə Məmmədova (Qu quşu, «Can verən qu quşu») və Dilarə Mehdiyevanı (Kitrisi, «Don Kixot») da alqışladılar. Leyla Narimanidze və Anar Mikayılov, Ayan Eyvazova və Əməkdar artist Makar Ferştandt, Cəmilə Kərimova və Timur Oduşev duetləri də diqqətli tamaşaçılardan alqış paylarını «qopardılar». Konsertin dirijoru Xalq artisti Yalçın Adıgözəlov idi.
Konsertdən əvvəl «bu teatr mövsümü nə ilə əlamətdar oldu?» sualı ilə Kamilla Hüseynovaya müraciət etdik.
Bədii rəhbər
dedi ki, bu il ilk
dəfə Aleksandr Borodinin
«Qıpçaq rəqsləri» baletini, Nazim Əliverdibəyovun «Muğam»
balet-süitasını tamaşaya qoyduq. Həmişə olduğu
kimi, teatrlar
arasındakı mübadilə proqramına əsasən bizim solistlər digər teatrlarda
tamaşalarda çıxış etdilər,
biz də qastrolçuları öz tamaşalarımıza dəvət etdik. Balet truppasının
solisti Makar Ferştandt respublikanın
Əməkdar artisti adına layiq
görüldü. Çalışacağıq ki, gələn
mövsümdə də
qədirbilən paytaxt
tamaşaçılarının və Azərbaycana gələn əcnəbi qonaqların zövqünü
oxşayaq.
Teatrın baş rejissoru, Əməkdar incəsənət
xadimi Hafiz Quliyev isə bu suala
daha ətraflı cavab verdi:
- Bu il
yenə də repertuarımızdakı Azərbaycan
və dünya klassik operaları oynanıldı. Dünya praktikasında olduğu
kimi, yenə də digər teatrlardan solistləri tamaşalara dəvət etdik. Əgər bu ilədək Bakıda əsasən Gürcüstan, Ukrayna, Rusiya və Belarus vokalçıları çıxış
edirdilərsə, bu mövsüm Polşa, Özbəkistan və Qazaxıstan da bu siyahıya daxil oldu. Bizim solistlərimiz
də yaxın-uzaq xarici səhnələrdə
uğurla Azərbaycanı
təmsil etdilər.
Bildiyiniz
kimi, son illər sentyabrın 18-də - Milli
musiqi günündə
Üzeyir Hacıbəyli
Beynəlxalq musiqi festivalı başlayır.
Bizim teatr da həmin
festivalda yeni tamaşa ilə çıxış edir.
2016-cı ildə festivala C.Verdinin «Bal-maskarad» operasının konsert ifasını töhfə verdik. Görkəmli bəstəkar Ramiz
Mustafayevin «Vaqif» operasını onun 90 illik yubileyi münasibətilə hazırladıq.
Əməkdar artist Ramil Qasımov
titul partiyanı, teatrın cavan solistləri - əməkdar
artistlər İlahə
Əfəndiyeva, Fərid
Əliyev, Cahangir Qurbanov və başqaları tamaşadakı
digər partiyaları
ifa etdilər. Bilirsiniz ki, Üzeyir Hacıbəylinin
«Arşın mal alan» operettası
1997-ci ildən teatrımızın
repertuarındadır. Bu quruluşda Soltan bəy rolunun ilk ifaçısı mərhum
Xalq artisti Yaşar Nuri olmuşdu, sonralar Əməkdar artist Ramiz Əzizbəyli bu rolu ifa etmişdi.
Bu mövsümdə isə Musiqili Teatrdan Xalq artisti
İlham Namiq Kamalı dəvət etdik və İlham
müəllim öz Soltan bəyini yaratdı, elə ilk tamaşadan kollektivlə dil tapdı.
Bu il teatrımızın solisti, Əməkdar artist Afaq Abbasova həm Azərbaycan, həm də Avropa əsərlərində bir neçə yeni partiyanı hazırladı və uğurla çıxış etdi. Gənc solistlər Nina Makarova, Taleh Yəhyayev, Fəhmin Hacıyev də uğurlu debütlərlə yadda qaldılar. Ümumiyyətlə, teatrın rəhbərliyi istedadlı gənclərə geniş imkanlar yaradır, onlara özlərini yeni partiyalarda sınamaq şansı verilir.
Qarşıdakı mövsümdə operasevərləri hansı yeniliklərin gözlədiyini də baş rejissordan soruşduq. Hafiz müəllim dedi ki, gələn mövsüm üçün də teatr bir sıra yeniliklər planlaşdırır. Lakin bu barədə indidən danışıb, sürprizi pozmayaq. Nə deyirik ki? Təki baxmağa maraqlı tamaşa, dinləməyə yeni səslər olsun.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 23 iyun.-
S.6.