Molla Pənah Vaqif və folklor
Folklor İnstitutunun təşkilatçılığı
ilə elmi konfrans keçirilib
İyunun 21-də
Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) Nizami adına
Ədəbiyyat İnstitutunda
“Molla Pənah Vaqif və folklor”
mövzusunda elmi konfrans keçirilib.
Folklor İnstitutunun təşkilatçılığı
ilə keçirilən
elmi konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq
Vaqifin 300 illik yubileyinin keçirilməsi
haqqında ölkə
başçısının sərəncamının icrası
ilə bağlı tədbirlər planına əsasən görülən
işlərdən ətraflı
bəhs edib. Şairin 300 illik yubileyinin UNESCO-nun yubileylər
proqramına daxil edildiyini xatırladan akademik, həmçinin bu ilin TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif ili” elan olunmasını
mühüm ədəbi-tarixi
hadisə kimi səciyyələndirib. Bildirilib ki,
AMEA-nın ayrı-ayrı
elmi-tədqiqat müəssisələrində
Molla Pənah Vaqifin yubileyi ilə bağlı elmi konfrans və
sessiyalar keçirilir.
Şairin yaradıcılığı klassik ənənə ilə yeni dövr
ədəbiyyatı arasında
bir mərhələ təşkil edir. Vaqif dəyərini əsrlərdən
bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri
yaratmaqla milli ədəbiyyatın yeni istiqamətdə inkişafına
əsaslı təsir
göstərib.
Folklor İnstitutunun direktoru,
akademik Muxtar İmanov çıxış
edərək Molla Pənah Vaqifin həyat və yaradıcılığının əsas xüsusiyyətlərindən,
böyük şairin
zəngin ədəbi
irsində şifahi xalq düşüncəsinin,
folklorun rolundan danışıb.
Plenar iclasda AMEA-nın müxbir üzvü Kamran Əliyev “Molla Pənah Vaqif realizmi və folklor”, professor Nailə Rəhimbəyli “Molla Pənah Vaqif yaradıcılığı
və xalq musiqisi” və filologiya üzrə elmlər doktoru İslam Sadıq “Molla Pənah Vaqif irsi və
XIX əsr Azərbaycan
aşıq şeiri” mövzusunda məruzə ilə çıxış
ediblər.
Müzakirələr bölmə iclaslarında
davam etdirilib.
Soltan
Mədəniyyət.- 2017.- 23 iyun.-
S.5.