Uşaq musiqi məktəbləri
arasında əlaqələr genişlənir
Yevlaxlı
şagirdlər tərtərli məktəblilər
qarşısında konsert proqramı ilə
çıxış ediblər
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələri arasında əlaqələr genişlənir. Regional idarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan Xaldan kənd Uşaq musiqi məktəbi Tərtər rayon Uşaq musiqi məktəbində konsert proqramı ilə çıxış edib.
Regional idarənin Yevlax şəhər üzrə nümayəndəsi Rafiq Məmmədov və Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov çıxış edərək, nümayəndəliklər arasında əlaqələrin qurulmasının əhəmiyyətindən söz açıblar. Bildirilib ki, uşaq musiqi məktəbləri arasında qarşılıqlı əməkdaşlıq 2017-ci ilin yanvar ayından tədris planına salınıb. Məqsəd əlaqələr quraraq, qabaqcıl iş təcrübəsini inkişaf etdirməkdir.
Sonra
musiqi məktəbinin müəllim və
şagirdlərinin iştirakı ilə konsert
proqramı təşkil olunub. Xor kollektivinin, vokal və rəqs qruplarının, xanəndəlik,
fortepiano və tar
sinifləri şagirdlərinin ifaları maraqla
qarşılanıb.
Mədəniyyət.- 2017.- 23 iyun.-
S.7.