Brüsseldə “Azərbaycan -
tolerantlıq diyarı” adlı sərgi açılıb
Brüsseldə ölkəmizin Belçikadakı səfirliyi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə layihəsi əsasında gənc azərbaycanlı rəssamların “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgisi açılıb.
Brüsselin mərkəzindəki “Art Thema” qalereyasında iyunun 25-dək davam edəcək sərgidə 24 gənc rəssamın 84 əsəri nümayiş etdirilir. Sərgidə Əməkdar rəssam Sakit Məmmədovun əsərləri də yer alıb.
Açılış mərasimində çıxış edən səfir Fuad İsgəndərov Azərbaycanın qədim tarixə və mədəniyyətə malik, eyni zamanda, möhkəm tolerant ənənələri və multikultural dəyərləri olan bir ölkə kimi tanındığını vurğulayıb. O, ölkəmizdə rəssamlıq sənətinə daim yüksək qiymət verildiyini və bu sənətin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Sonra səfir iştirakçı rəssamlara sertifikatlar təqdim edib.
Sərgi Avropa İttifaqı və Belçika
ictimaiyyətinin diqqətini cəlb edib.
Açılış mərasimində Avropa
Parlamentinin vitse-prezidenti
Riçard Çarnetski,
Avropa Parlamentinin
üzvləri Anneli Yaatenmaki
və Hannu Takkula, Belçika ictimaiyyətinin nümayəndələri,
diplomatik korpusun
üzvləri iştirak ediblər.
Mədəniyyət.- 2017.- 23 iyun.-
S.3.