Azərbaycanlı alimin
kitabı Türkiyə türkcəsində nəşr olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika elmlər üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazovanın “Tarix və mədəniyyət abidəsi fenomeni muzeyşünaslıq kontekstində” monoqrafik broşürü “Lambert Academic Publishing” nəşriyyatının sifarişi ilə Türkiyə türkcəsində (“Tarih ve kültür abidesi fenomenine muzeal yaklaşım”) işıq üzü görüb.
Monoqrafik
broşüranın Türkiyə ilə yanaşı, Avropa və Asiya ölkələrində
də yayımlanması nəzərdə tutulub.
Mədəniyyət.- 2017.- 23 iyun.-
S.11.