İtaliyada Azərbaycan filmləri festivalı başa çatıb

 

 

 

   Xəbər verdiyimiz kimi, iyunun 22-də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada ilk dəfə Azərbaycan filmləri festivalına start verilmişdi. Heydər Əliyev Fondu, Mədəniyyət Turizm Nazirliyi, İtaliyadakı səfirliyimiz, AZƏRTAC agentliyi, “Casa del Cinema” kino evi, İtaliya-Azərbaycan Ticarət Palatası, “AGI” informasiya agentliyi Azerbaijannewsxəbər portalının təşkilati informasiya dəstəyi ilə keçirilən festival üç gün davam edib.

   Açılış mərasimində ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli , Gürcüstanın İtaliyadakı səfiri Karlo Sikharulidze, məşhur italyan rejissoru ssenaristi, “Oskar” BAFTA mükafatları laureatı Cianni Kuaranta italyan professor, “Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanodakitabının müəllifi Romolo Erkolino çıxış ediblər.

   Rəsmi açılışdan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri icraçı prodüseri olduğuƏli Nino” filmi nümayiş edilib.

   Festivalın ikinci günü Bakı Media Mərkəzi tərəfindən hazırlanan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə 1919-cu ilin yanvarında Paris sülh konfransına ezam edilmiş nümayəndə heyətinin taleyindən bəhs edənƏbədi ezamiyyətsənədli filmi təqdim olunub. Arzu Əliyevanın baş prodüseri olduğu ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlib.

   Filmin nümayişindən öncə səfir Məmməd Əhmədzadə Roma Sapienza Universitetinin müəllimi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi üzrə italyan tədqiqatçı Daniel Pommier çıxış ediblər.

   Həmin gün festival “Pərdə”, “Yarımçıq xatirələrİçərişəhərbədii filmlərinin nümayişi ilə davam etdirilib. İçərişəhərfilminin nümayişindən öncə festivalda iştirak edən həmin filmin ssenari müəllifi baş rol ifaçılarından biri Təhminə Rafaella çıxış edərək film barədə məlumat verib.

   Festivalın sonuncu günü Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlananBir günəş altındasənədli filmi nümayiş olunub. 2016-cı ildə ölkəmizdəMultikulturalizm iliçərçivəsində ərsəyə gəlmiş ekran əsəri Azərbaycanda yaşayan müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil dini etiqada sahib olan azsaylı xalqların etnik qrupların həyatından bəhs edir.

   Filmin nümayişindən əvvəl səfir Məmməd Əhmədzadə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliyadakı təmsilçisi Sandro Teti çıxış ediblər.

   Həmin gün Xalq yazıçısı İlyas ƏfəndiyevinHökmdar qızıpyesi əsasında çəkilmişHökmdarın taleyibədii filmi nümayiş etdirilib.

   Ekran əsərinin təqdimatından əvvəl Məmməd Əhmədzadə İlyas Əfəndiyevin nəvəsi, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək ədibin yaradıcılığının Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini, “Hökmdarın taleyifilminin ümummilli lider Heydər Əliyevin Xalq yazıçısının xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamına müvafiq olaraq çəkildiyini bildiriblər. Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə İlyas Əfəndiyevin 100 illik yubileyinin Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyi vurğulanıb. Çıxışlarda filmin mövzusu, tariximizin mürəkkəb dövrlərindən birini (Azərbaycanın şimal cənuba bölünməsi) əhatə edən hadisələr, Qarabağın tarixi həqiqətləri barədə məlumat verilib.

   Festivalın üçüncü günüAzərbaycanfilmkinostudiyasında Qarabağ müharibəsi mövzusunda lentə alınmışNabatbədii filminin nümayişi ilə davam edib.

   Festival “Həddən artıq uyğunluqbədii filminin təqdimatı ilə başa çatıb.

   İki ölkə arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin kino mədəniyyətini İtaliyada təbliğ etmək, həmçinin İtaliya ictimaiyyətini ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etmək məqsədilə təşkil olunmuş festival böyük marağa səbəb olub, yerli mediada məlumatlar dərc olunub.

 

Mədəniyyət.- 2017.- 30 iyun.- S.10.