“Sevgi rəssamların
gözü ilə”
Xətai Sənət
Mərkəzində növbəti sərgi
İyunun 30-da Bakı Xətai Sənət Mərkəzində “İslam həmrəyliyi ili” çərçivəsində “Sevgi rəssamların gözü ilə” adlı rəsm sərgisi açılacaq.
Xətai Sənət Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil ediləcək sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsgəndərovadır.
Sərgidə
müxtəlif yaş kateqoriyasında
müəlliflərin rəngkarlıq, qrafika
və dekorativ-tətbiqi sənət janrlarında əl
işləri - ümumilikdə 180-dək sənət əsəri
sərgilənəcək. Hər janr
üzrə I, II və III yerin qalibləri
mükafatlandırılacaq.
Mədəniyyət.- 2017.- 30 iyun.-
S.2.