Müasir Azərbaycan poeziyası antologiyası” Ukraynada təqdim edilib

 

 

   Ukrayna Mədəniyyət Fondunda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri olanMüasir Azərbaycan poeziyası antologiyası”nın təqdimat mərasimi keçirilib.

   Ukrayna dilinə tərcümə olunmuş kitabda Azərbaycanın 40-dan artıq klassikmüasir şairinin şeirləri yer alıb.

   Tərcümə Mərkəzinin direktoru Afaq Məsud tədbirdə çıxış edərək klassik Azərbaycan şairlərinin dünya poeziya xəzinəsinə verdikləri töhfələrdən söz açıb, həmçinin XX və XXI əsr poeziya nümunələrimizin Ukrayna ədəbiyyatsevərlərinə təqdim olunmasının əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, bundan öncə Tərcümə Mərkəzi tərəfindən “Çağdaş Ukrayna şeiritoplusu Azərbaycan dilində nəşr olunub. Bu nəşrlər xalqlarımız arasında mövcud olan ənənəvi ədəbi-mədəni əlaqələrin inkişafına əlavə zəmin yaradacaq.

   Ukrayna Mədəniyyət Fondunun direktor müavini Aleksandr Bakumenko iki xalqın poetik duyğularının zəngin və oxşar çalarlarından danışıb. O, A.BakumenkoMüasir Azərbaycan poeziyası antologiyası”nın nəşrinə dəstək göstərən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevə təşəkkürünü bildirib.

   Öz növbəsində Rövşən Tağıyev rəhbərlik etdiyi qurumun bundan sonra da belə nəcib missiyaların həyata keçirilməsinə dəstək verəcəyini deyib.

   Tərcümə Mərkəzinin Aparat rəhbəri Yaşar Əliyev, Ukrayna Yazıçılar Birliyinin Kiyev şəhər bölməsinin rəhbəri Vladimir Danilenko, şair-tərcüməçi Lesya Mudrak və digər çıxış edənlər nəşrin əhəmiyyətindən bəhs ediblər.

 

Mədəniyyət.- 2017.- 30 iyun.- S.15.