Beynəlxalq Muğam Mərkəzində anım gecəsi

 

 

   Fevralın 27-də Prezident yanında Gənclər Fondunun və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

   Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu tarixin dünyada tanınması istiqamətində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən söz açıb. Xocalı faciəsinin şahidi, jurnalist Şamil Sabiroğlu gördüyü dəhşətlərdən bəhs edib.

   Anım tədbiri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər kamera orkestrinin (“Bakı Chamber Orchestra”) çıxışı ilə davam edib. Gecədə Qara Qarayevin “Matəm odası”, Vasif Adıgözəlovun “Qərənfil” romansı, Fikrət Əmirovun “Nizami” simfoniyasının final hissəsi və Yohan Sebastian Baxın “Aria”sı səsləndirilib.

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.2.