Milli Dram Teatrının aktyorları məktəbin
qonağı olublar
Nizami rayonundakı 328 nömrəli
məktəbdə Akademik
Milli Dram Teatrının
aktyorları - Xalq artisti Nurəddin Mehdixanlı və Anar Heybətovla görüş keçirilib.
Görüşü giriş sözü
ilə məktəbin
direktoru Asif Nəbiyev açaraq teatrın cəmiyyətdəki
və hər bir xalqın mədəni inkişafındakı
rolundan danışıb.
Məktəbin musiqi müəllimi
Nailə Heydərovanın
şagirdlərlə hazırladığı
səhnəciklər qonaqların
marağına səbəb
olub. Sonra şagirdlərlə aktyorlar arasında maraqlı diskussiya baş tutub.
Tədbirin təşkilatçısı,
məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi
Elnaz Eyvazlı təkliflərini qəbul
etdikləri üçün
qonaqlara təşəkkürünü
bildirib.
Məktəblilərin arzusu ilə
Nurəddin Mehdixanlı
müəllifi olduğu
şeiri səsləndirib.
7-ci sinif şagirdi
Səid Cümşüdov
isə “Ölülər”
əsərindən Kefli
İsgəndərin monoloqunu
söyləyib.
Mədəniyyət.- 2017.- 1 mart.-
S.4.