Milli İncəsənət Muzeyində silsilə tədbirlər

 

 

 

   Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc rəssamları “İncəsənət ədalət naminə” mövzusunda bədii kompozisiyalar yaradıblar. Muzeyin ziyarətçiləri, o cümlədən rus və fransız moda tarixçisi, sənətşünas Aleksandr Vasilyev gənc rəssamların yaratdıqları əsərlərə tamaşa edib.

   “İrəli” ictimai birliyinin üzvləri tanınmış tarixçi alim Rizvan Hüseynovla soyqırımının 25 illiyinə həsr olunmuş diskussiyaya qatılıblar. Həmçinin, Hərbi Dəniz Qüvvələrinin qərargahında Milli İncəsənət Muzeyində saxlanılan əsərlərdən ibarət səyyar sərgi təşkil edilib.

   Heydər Əliyev Fondu və “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının hazırladığı təbliğat materialları da ziyarətçilərin marağına səbəb olub.

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.5.