Unudulmayacaq tarix - əbədi
yaddaş
Şəki şəhər Səməd Vurğun adına Folklor evində Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Qara qan” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə 11 saylı məktəbin şagirdləri Xocalıya həsr olunmuş şeirlər söyləyiblər. Həmin gecənin dəhşətlərini əks etdirən slaydlar göstərilib.
V.İbrahim adına və B.Axundov adına folklor evlərinin kollektivi 8 saylı beynəlxalq tam orta məktəbin şagirdləri ilə birgə hazırladığı “Xocalı fəryadı” adlı ədəbi-bədii kompozisiyanı təqdim edib.
Şəki
Dövlət Rəsm Qalereyasında isə "Bəşəriyyətin
faciəsi Xocalı" adlı sərgi təşkil olunub. Sərgidə yerli rəssam
Məmməd Həsənov tərəfindən qalereyaya hədiyyə edilmiş
"Xocalı" əsəri, şagirdlərin rəsmləri
nümayiş olunub.
Mədəniyyət.- 2017.- 1 mart.-
S.6.