Nyu-Yorkda faciə qurbanları anılıb
Nyu-Yorkdakı “Azərbaycan Evi”ndə
Xocalı faciəsinin
25-ci ildönümü qeyd
olunub. Tədbiri
giriş sözü ilə “Azərbaycan Evi”nin rəhbəri
Minəvvər Vahabova
açaraq Xocalı faciəsinin heç zaman unudulmaması üçün həmvətənlərimizin
bir olmasının gərəkliyini söyləyib.
Ölkəmizin BMT-dəki daimi
nümayəndəliyinin rəhbəri,
səfir Yaşar Əliyev şəhidlərimizin
Vətən uğrunda
canlarından keçməsini
yüksək qiymətləndirib,
bu faciənin heç zaman unudulmayacağını söyləyib.
Tədbirdə Azərbaycanı sevən bir çox qonaqlar iştirak ediblər.
Şəhidlərin ruhuna ehsan süfrəsi verilib.
Sonda qonaqlara litvalı rejissor Aleksandras Brokasın Xocalı qırğınından söz
açan "Sonsuz dəhliz" (“Endless corridor”) sənədli
filmi nümayiş etdirilib.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 1 mart.-
S.10.