Fiziki qüsur sənətə əngəl
deyil
Böyük Britaniyanın “Candoco” rəqs ansamblı sağlam və fiziki imkanları məhdud rəqqasları bir araya gətirir. Məşhur kollektiv “British Council” təşkilatının təşəbbüsü ilə Bakıda çıxış edəcək. “Candoco”nun qastrolu Mədəniyyət və Turizm Nazirliyinin, YARAT Müasir İncəsənət Mərkəzinin və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə reallaşacaq.
Britaniyalı artistlər Bakıda
ikihissəli tamaşa təqdim edəcəklər: “Beheld” və
“Set and Reset”. Tamaşalar martın 7-8-də Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunacaq.
Artistlər fiziki imkanları məhdud şəxslər
üçün inklüziv mədəniyyət mövzusunda
seminar da keçirəcəklər.
Əsası 1991-ci ildə
qoyulan ansamblın repertuarını müasir rəqs təşkil
edir. Ansamblın əsasını qoyan Selesta Dendeker deyib:
“Fiziki imkanları məhdud rəqqas öz bədəninin
dilini tapmalı, hiss və emosiyalarını ifadə etməyi
öyrənməlidir. Bu zaman belə artistlərin sosial
adaptasiyası deyil, onların özünüifadəsi və
səhnə yaradıcılığı daha çox
lazımdır”.
Mədəniyyət.- 2017.- 1 mart.-
S.11.