Gənc ədiblərin “Yeni
söz”ü
Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində istedadlı ədəbi gəncliyin yaradıcılığını işıqlandıran “Yeni söz” adlı ədəbiyyat almanaxı hazırlanaraq nəşr edilib. Topluda ötən əsrin 90-cı illərinin sonlarından bu günümüzədək ədəbi fəaliyyəti ilə seçilən gənclərin şeir və hekayələri yer alıb.
Nəşrin məqsədi
Azərbaycanın yeni ədəbiyyatının
mənzərəsini təqdim etmək, gənc, istedadlı ədibləri
ölkədə tanıtmaqdır. Almanaxın “ön söz”ünün müəllifi tənqidçi
Əsəd Cahangirdir.
Mədəniyyət.- 2017.- 1 mart.-
S.11.