Muzeydə anım tədbiri
Fevralın 24-də Üzeyir Hacıbəylinin ev-muzeyində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri muzeyin direktoru, bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq Azərbaycan xalqının bu faciəni heç vaxt unutmayacağını bildirib, yeni nəslin vətənpərvər ruhda tərbiyə olunmasından bəhs edib. Şair-publisist Zərəngiz Qayalı qan yaddaşımızın bu acılı səhifəsi barədə ürək sözlərini bölüşüb, şeirini oxuyub.
Tədbirdə
həmçinin “Aytam” Uşaq
və Gənclərin Mədəni Maarifləndirmə İctimai Birliyinin üzvləri
tərəfindən faciəyə həsr olunmuş
səhnələr göstərilib, şeirlər söylənilib.
Sonda Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri
- xanəndə Ceyhun Qəmbərov, tarda Hüseyn Səmədov
və kamançada Gülnar
Nağızadənin ifaları dinlənilib.
Mədəniyyət.- 2017.- 1 mart.-
S.14.