Mədəniyyət və Turizm
Nazirliyində Yaponiya diplomatı ilə görüş
Martın 2-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Kenji Aşida ilə görüşüb.
Nazir müavini qonağı salamlayaraq iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu və daim inkişaf etdiyini qeyd edib. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan razılıq, gələcəkdə qarşılıqlı dəstəyin daha da artırılacağına əminlik ifadə olunub.
Görüşdə iki ölkənin muzeyləri arasında birbaşa əlaqələrin təşviqi, turizm təhsili sahəsində əməkdaşlıq və bu istiqamətlərdə konkret layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Kenji Aşida Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən mədəni tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstərilən köməkliyə görə təşəkkürünü bildirib.
Sonda
bu ilin 4-6 may tarixində Bakı şəhərində
keçiriləcək IV Dünya Mədəniyyətlərarası
Dialoq Forumundan söz açan Sevda Məmmədəliyeva ümidvar
olduğunu bildirib ki, Yaponiya bu
tədbirdə yüksək səviyyədə təmsil olunacaq.
Mədəniyyət.-2017.- 3 mart.-
S.4.