“Gəl,
gözəl bahar, coşsun arzular”
Niyazinin mənzil-muzeyində konsert
Martın
1-də Niyazinin mənzil-muzeyində
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının tələbəsi,
beynəlxalq müsabiqələr
laureatı, Prezident təqaüdçüsü Nəriman
Əmiraslanovun “Gəl,
gözəl bahar, coşsun arzular” adlı solo konserti keçirildi.
Əvvəlcə muzeyin şöbə müdiri Xanım Abdinova çıxış
edərək yazın
ilk ayının birinci
günündə keçirilən
bu musiqili görüşdən məmnunluğunu
bildirdi, bahar fəslinin gözəlliyindən,
insanlarda yaratdığı
xoş duyğulardan söz açdı. Qeyd etdi
ki, dünyanın bir çox görkəmli şair, musiqiçi və bəstəkarları ən
gözəl əsərlərini
məhz bahar fəslində yazıb.
Sonra söz tədbirin qonağına - beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanova verildi. Onun ifasında M.Qlinkanın “Torağay”, S.Raxmaninovun “Yasəmən”, F.Şopenin “Polonez”, “Etüd do minor”, Q.Qarayevin “Çar kəndinin heykəli”, V.Mustafazadənin “Mart”, F.Bədəlbəylinin “Dəniz”, C.Allahverdiyevin “İki lövhə” və başqa əsərlər səsləndirildi.
Musiqi nömrələri mövzu üzrə video-slayd ilə müşayiət olundu. Gənc pianoçunun maraqlı çıxışı dinləyicilərə bahar ovqatı yaşatdı.
Savalan Fərəcov
Mədəniyyət.-2017.- 3 mart.-
S.4.