Gənc Tamaşaçılar Teatrında
“Könlümə düşmüsən”
Martın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Qadınlar Günü münasibətilə “Könlümə düşmüsən” adlı şou-proqram təqdim olunacaq. Teatrın gənc və istedadlı aktyoru İlham Əsədovun kollektivin xanımlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb.
Artıq 9-cu ildir baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, yaddaqalan bayram sevinci yaşatmaq, teatr rəhbərliyi tərəfindən hazırlanmış xüsusi hədiyyələrlə sevindirməkdir.
Şou-proqramda xanımlar üçün İlham
Əsədovun və dəvət olunmuş
qonaqların ifasında Azərbaycan və dünya
musiqi nümunələrindən ibarət
maraqlı repertuar, teatrın kişi aktyorları tərəfindən
hazırlanmış səhnəciklər və parodiyalar təqdim ediləcək.
Mədəniyyət.-2017.- 3 mart.-
S.4.