“Uşaq
musiqisi və müasirlik”
Elmi-praktik konfrans
Martın 1-də Azərbaycan Bəstəkarlar İttifaqında
“Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti Firəngiz Əlizadə konfransın mövzusunun aktuallığından danışdı.
Uşaq musiqisinin problemlərinə
toxunan sədr bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına
müsbət təsir
edəcəyini diqqətə
çatdırdı.
Görülən
işlərin uşaqların
estetik tərbiyəsinə,
musiqi məktəblərində
təhsil alan
uşaqların gələcəkdə
professional musiqiçi kimi
yetişmələrinə kömək
edəcəyi vurğulandı.
Firəngiz Əlizadə uşaq
musiqi əsərlərinin
yazılmasına, təbliğinə
xüsusi diqqət ayırmağın vacibliyini
diqqətə çatdıraraq
bu janrda daha dolğun və keyfiyyətli əsərlərin ərsəyə
gəlməsinə ümidvar
olduğunu bildirdi.
Qeyd edildi ki, ittifaq
artıq 4-cü dəfədir
ki, uşaq musiqisi mövzusunda layihə həyata keçirir.
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva “Müasir dövrdə uşaq musiqisinin problemləri”, “Renessans - A” nəşriyyatının baş direktoru Ələddin Əsədzadə “Uşaq ədəbiyyatının problemləri”, sənətşünaslıq namizədi, dosent Nərgiz Hüseynova “Azərbaycan Televiziyası və Radiosunun “Bənövşə” uşaq xoru” mövzularında məruzələrlə çıxış etdilər.
Tədbir Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin “Cırtdan” uşaq xoru və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında konsert proqramı ilə davam etdi. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirildi.
Lalə Azəri
Mədəniyyət.-2017.- 3 mart.-
S.5.