Əməkdar artistin 70 illiyi qeyd edilib
Azərbaycan Dövlət Musiqili
Teatrında Əməkdar
artist Novruz Qartalın
70 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev aktyorun həyat və yaradıcılığından
söz açıb, onun peşəsinə, yaradıcılığına, ətrafına, insanlara qarşı olan səmimi münasibətinin
xarakterinin bariz nümunəsi olduğunu vurğulayıb: “Ömrünün
böyük hissəsini
səhnədə keçirmək,
tamaşaçıların sevgisini qazanmaq hər bir sənətçinin
xoşbəxtliyidir. Bu gün 70 yaşını
qeyd etdiyimiz Novruz Qartal belə
xoşbəxt insanlardan
biridir”.
Mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev aktyoru nazirliyin adından təbrik edib, ona gələcək
işlərində uğurlar
arzulayıb.
Sonra Azərbaycan Teatr
Xadimləri İttifaqının
fəxri fərmanı
yubilyara təqdim olunub. Novruz Qartalın sənət dostları - xalq artistləri İlham Namiq Kamal, Fatma
Mahmudova, əməkdar
artistlər Əzizağa
Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Əkbər
Əlizadə, Şövqi
Hüseynov, Dövlət
Musiqili Teatrının
direktor müavini, Əməkdar mədəniyyət
işçisi Elxan Ocaqov, Təbriz Teatrının rəhbəri
Babək Nəhreyn və başqaları onun yaradıcılığından
söz açıblar.
Qeyd edilib ki, Novruz Qartal 1972-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır,
bu səhnədə onlarla yaddaqalan obraz yaradıb. Buna misal olaraq “Toy kimindir?” tamaşasında Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də
İbişov, “Milyonçunun
dilənçi oğlu”nda
Xidmətçi, “Sevindik
qız axtarır”da Tələbə, “Hərənin
öz ulduzu”nda Kələntər, “O olmasın,
bu olsun”da Məşədi Qəzənfər,
“Bankir adaxlı”da Dilənçilər padşahı
və digər rollarını qeyd etmək olar.
Əməkdar artistlər Almaz Ələsgərli və Nərgiz Kərimovanın
ifaları tədbirə xüsusi rəng
qatıb. Novruz Qartalın iştirakı
ilə Musiqili Teatrın repertuarında olan tamaşalardan səhnəciklər
nümayiş olunub.
Mədəniyyət.-2017.- 3 mart.-
S.6.