“Bizim
kino günləri” davam edir
“Xeyirlə Şərin rəqsi” nümayiş olunur
Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının
həyata keçirdiyi
“Bizim kino günləri 2017” layihəsi
çərçivəsində martın 2-də rejissor Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” bədii filminin kinoteatrlarda nümayişi başlanıb.
Film Nizami
Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində
nümayiş olunur.
Gündəlik seanslar haqqında
məlumat kinoteatrların
internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook
səhifəsində yerləşdiriləcək.
“Xeyirlə Şərin rəqsi” Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında
Xalq yazıçısı
Çingiz Abdullayevin
“Quba kapriççiosu”
povestinin motivləri əsasında lentə alınıb.
Ekran əsərinin
ssenari müəllifləri Çingiz Abdullayev və
Yavər Rzayev, quruluşçu
operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı
Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin
Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri
Müşfiq Hətəmovdur. Rolları İlqar Muradov, Məbud Məhərrəmov,
Qurban İsmayılov, Şükufə Yusupova, Rasim Cəfər və
digərləri canlandırır.
Mədəniyyət.-2017.- 3 mart.-
S.7.