Dastanbrendinin yeni kolleksiyası təqdim edilib

 

 

   Martın 1-də Şirvanşahlar Sarayı Kompleksində İçərişəhər Ənənəvi İncəsənət MərkəzininDastanbrendininŞirvanşahlarkolleksiyasının təqdimat mərasimi keçirilib.

   MərasimdəİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək Ənənəvi İncəsənət Mərkəzi barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi idarənin Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi olan mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə 2012-ci ildən tədris sənətkarlıq məkanı kimi fəaliyyət göstərir.

   Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə canlandırılmasına xidmət edən mərkəzİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğuCanlı tarixkonsepsiyası çərçivəsində yaradılıb. Layihənin əsas məqsədi Azərbaycanın zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışların müasir üsullarla işlənərək yeni dizaynlı məhsulların istehsalına bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdan ibarətdir.

   Ə.Ələkbərov layihənin reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz rolunu vurğulayaraq, göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

   Qeyd olunub ki, “Dastanbrendi olaraq mərkəzin məhsulları dörd ənənəvi sənətkarlıq növündən - zərgərlik, batika, keramika taxta işindən ibarətdir.

   Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam bu təşəbbüsün reallaşmasının milli tətbiqi-dekorativ incəsənət sahələrinin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, nümayiş olunan kolleksiya gərgin əməyin əldə olunan uğurun bariz nümunəsidir.

   Mərkəzin məhsullarının istehsal prosesini əks etdirən videoçarxın nümayişindən sonra qonaqlar yeni kolleksiya ilə tanış olublar.

   Şirvanşahlarkolleksiyası IX-XVI əsrlərdə Azərbaycan ərazisində hökmranlıq etmiş Şirvanşahlar dövlətinin zəngin mədəniyyətini bütün əzəməti ilə özündə əks etdirir.

   Qeyd edək ki, brendin məhsulları keçən il Londonda Şahzadə Fond Qalereyasında, Fransada “Azərbaycan şəhərciyi”ndə, habelə “ITB Berlin” sərgilərində nümayiş etdirilib.

 

Mədəniyyət.- 2017.- 3 mart.- S.8.