Müasir Azərbaycan poeziyası antologiyası” özbək dilində

 

 

 

   Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Extremum-press” nəşriyyatı tərəfindən “Müasir Azərbaycan poeziyası antologiyası” kitabı özbək dilində çap edilib.

   Kitabı orijinaldan özbək dilinə tanınmış şair və tərcüməçi Usman Kuçkar, tərcüməçilər Şəhla Qasımova və Samodil Norkabilova tərcümə ediblər. Layihənin rəhbəri AMM-in direktoru Samir Abbasov, tərtibçisi Azərbaycan Dövlət İnformasiya Agentliyinin Orta AsiyaPakistan üzrə xüsusi müxbiri Qulu Kəngərlidir.

   Kitab Şəhriyarın “Heydərbabaya salam” poeması ilə açılır. Kitabda həmçinin xalq şairləri Rəsul Rza, Bəxtiyar Vahabzadə, Qabil, Zəlimxan Yaqub, Nəriman Həsənzadə, eləcə də digər tanınmış müəlliflərin və gənc şairlərin şeirləri yer alıb.

 

 

Mədəniyyət.- 2017.- 3 mart.- S.10.