“Tariximizi öyrənək
və öyrədək”
Gənclər
klubu təsis olunub
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Tariximizi öyrənək və öyrədək” Gənclər klubunun təsis iclası keçirilib. Klubun təsis olunmasında məqsəd gənclərin diqqətini Azərbaycan tarixinin az öyrənilmiş səhifələrinə, xüsusən qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyası irsinin qorunmasına cəlb etmək, habelə XX əsrin əvvəllərindən etibarən Azərbaycan tarixinə faciələr gətirmiş “erməni məsələsi”nin mahiyyətini - soyqırımı, terror daşıyıcısı olduğunu göstərməkdir.
İclasda çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov klubun əsasnamə layihəsi ilə iştirakçıları tanış edib. Bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri qeydə alınıb. Klubun strukturu, görüləcək tədbirlərin forma və məzmunu müzakirə edilib. İclasda iştirak edən fəal gənclər arasından klubun sədri və sədr müavini seçilib, onlara vəzifələri və görüləcək işlər haqqında məlumat verilib.
Toplantıda iştirak edən tanınmış tarixçi alimlər layihəni müsbət qiymətləndirib, “Tariximizi öyrənək və öyrədək” Gənclər klubuna dəstək olacaqlarını bildiriblər.
Klubun üzvləri
sırasına Bakı Dövlət, Memarlıq və İnşaat, Dövlət Pedaqoji,
Mədəniyyət və İncəsənət, Bakı
Qızlar, Azərbaycan universitetləri və Pedaqoji
Kollecin tələbələri və Bilik Fondunun
könüllüləri daxildir.
Mədəniyyət.- 2017.- 3 mart.-
S.15.