Mühəndis-mexanikin əl işləri
İki ilə 70 əsər yaradıb
Martın 1-də “Art Villa” sərgi salonunda rəssam Boris Şetinkinin
“Non contemporary glance...” (“Qeyri-müasir
baxış...”) adlı
fərdi sərgisinin açılışı oldu.
Sənətsevərlər
qarşısında çıxış
edən müəllif
özü haqqında
bilgi verdi.
Bildirdi ki, 1954-cü ildə Bakıda anadan olub. İxtisasca mühəndis-mexanikdir. 22
il Məişət
kondisionerləri zavodunda
müxtəlif vəzifələrdə
işləyib. 2011-ci ildən “DQS Azərbaycan” şirkətinin direktoru vəzifəsində çalışır.
Müəllif qeyd etdi ki, iki il öncə rəngkarlıqla məşğul olmağa başlayıb. Bu müddətdə yağlı boya və akril texnikası ilə 70 əsər yaradıb. Azərbaycan mənzərələri, portretlər, dəniz təsvirləri onun ən sevimli mövzularıdır.
Bildirək ki, sərgidə Boris Şetinkinin müxtəlif mövzularda çəkdiyi 30-a yaxın əsəri nümayiş etdirilir. Onların içərisində “Mariya Şarapova”, “Tbilisi”, “Nağıl”, “Peterburq”, “Messi”, “Müslüm Maqomayev”, “Xəzər”, “Payız”, “Xanəgah kəndində çay”, “Sakitlik”, “Dağ yolu”, “Afurcada çay”, “İlandağ” tabloları xüsusilə seçilir.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 3 mart.-
S.16.