Əlahiddə Nümunəvi Orkestrin estrada
heyətinin bayram konserti
Martın 7-də
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında Müdafiə
Nazirliyinin Əlahiddə
Nümunəvi Orkestrinin
estrada heyəti 8 Mart
- Beynəlxalq Qadınlar
Günü münasibətilə
konsert proqramı ilə çıxış
edib.
Heyət Əməkdar incəsənət
xadimi, mayor Rüfət Axundzadənin
bədii rəhbərliyi
ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini
səsləndirib. Konsertdə
“Azərbaycanım”, “Sizə
salam gətirmişəm”,
“Mehribanım”, “Can Qarabağ”
və digər mahnılar, “Gypsy Kings” repertuarından
“Bamboleo”, “Shakatak” repertuarından “Invitations” və
başqa əsərlər
təqdim olunub.
Konsert proqramı maraqla qarşılanıb.
Sonra
Əlahiddə Nümunəvi Orkestrin baş dirijoru, general-mayor Yusif Axundzadə
çıxış edərək xanımlara təbriklərini
çatdırıb.
Mədəniyyət.- 2017.- 8 mart.-
S.3.