“Bahar nəğməsi”
Beynəlxalq Muğam Mərkəzi mart ayı boyunca, xalqımızın qədim milli bayramı olan Novruz bayramı ərəfəsində musiqisevərlərə bir-birindən gözəl konsert proqramları təqdim edəcək.
Növbəti bahar ovqatlı görüş martın 24-ü baş tutacaq. Konsertdə Ehtiram Hüseynov, Eldəniz Məmmədov, Günay Zeynallı və digər sevilən ifaçılar çıxış edəcək. Xalq və bəstəkar mahnıları, muğamlardan ibarət təşkil olunmuş proqram hər bir tamaşaçıya xüsusi zövq bəxş edəcək.
Lalə
Mədəniyyət.- 2017.- 8 mart.-
S.2.