Britaniyanın rəqs ansamblı Milli Dram Teatrında

 

 

   Martın 7-də Böyük BritaniyanınCandocoansamblı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib. Konsert proqramından öncə ansamblın qastrolunun təşəbbüskarı olan “British Council” təşkilatı mətbuat konfransı keçirib.

   Mətbuat konfransında teatrın bədii rəhbəri direktoru, Xalq artisti Azər Paşa NemətCandocoansamblının qastrolunun Mədəniyyət Turizm Nazirliyi, YARAT Müasir İncəsənət Mərkəzi Milli Dram Teatrının dəstəyi ilə reallaşdığını bildirib.

   “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt ansambl haqqında məlumat verib. Vurğulayıb ki, “Candocoincəsənət, estetika bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan, mükəmməl hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan olmayan rəqqaslardan ibarət rəqs ansamblıdır. Bakıda ilk dəfə çıxış edən ansambl iki hissədən ibarət tamaşa təqdim edəcək: “Beheld” “Set and Reset”. Artistlər fiziki imkanları məhdud şəxslər üçün inklüziv mədəniyyət mövzusunda seminar da keçirəcəklər. Əsası 1991-ci ildə qoyulan ansamblın repertuarını müasir rəqs təşkil edir.

   Ansamblın art-direktoru Pedro Maçado kollektiv haqqında məlumat verərək qeyd edib ki, əlil gəncləri rəqs sənətinə qoşmaqCandocokollektivinin fəaliyyətinin ayrılmaz hissəsidir.Fiziki imkanları məhdud rəqqas öz bədəninin dilini tapmalı, hiss emosiyalarını ifadə etməyi öyrənməlidir”, - deyə o vurğulayıb.

   Martın 8-də “Candoco” ansamblının Akademik Milli Dram Teatrının səhnəsində daha bir çıxışı nəzərdə tutulub.

 

Mədəniyyət.- 2017.- 8 mart.- S.4.