Uşaq Filarmoniyasının teatrı “Qırmızıpapaq” tamaşasını göstərib

 

 

 

   Azərbaycan Dövlət Uşaq Filarmoniyasının tərkibində fəaliyyət göstərən Musiqili uşaq teatrı martın 4-də Şarl Perronun “Qırmızıpapaq” nağılı ilə öz tamaşaçılarının görüşünə gəldi.

   Megafun” əyləncə mərkəzinin “Modern” teatrında baş tutan tamaşa quruluşçu rejissor Elşad Rəhimzadənin maraqlı yozumunda təqdim olundu. Tamaşada milli yanaşma elementləri də yer almışdı. Dovşan obrazında istifadə olunan kəlağayı və “Ay loloxalq mahnısının ifası buna nümunədir. Personajların geyimi və qrimləri, oyunu, rəqslər bir-birini tamamlayırdı. Balaca aktyorlar öz rollarını böyük həvəslə ifa etdilər.

   Səhnə tərtibatı Dilarə Əliyevaya məxsus olan tamaşanın dekorasiyasında təbii odunağacdan istifadə olunması da diqqətçəkən məqamlardan biri idi.

 

 

Mədəniyyət.- 2017.- 8 mart.- S.4.