“Kronos” kvarteti
Firəngiz Əlizadənin əsərlərini səsləndirəcək
ABŞ-ın məşhur “Kronos Quartet” qrupu (San-Fransisko) dünya ölkələrinə qastrol səfərinə başlayır.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, bu turnenin qeyri-adiliyi ondan ibarətdir ki, məşhur ansamblın konsertləri 18 ölkədən olan gənc musiqiçilər üçün ustad dərsləri ilə müşayiət olunacaq. Qocaman kollektivin təcrübəli iştirakçıları öz konsertlərində müasir bəstəkarların ən yaxşı kvartet nümunələrini təqdim etməklə bərabər, həm də Amerika və Avropanın yeni təşkil olunmuş kvartetləri üçün nümunəvi açıq dərslər keçirəcəklər.
Sevindirici
haldır ki, amerikalı musiqiçilərin
bu maraqlı layihəyə daxil etdiyi janrın ən
yaxşı nümunələri arasında Firəngiz
Əlizadənin musiqisi fəxri yer tutur. Onun
üç əsəri - “Mugamsayagi”,
“Oasis” və “Dance” həm
“Kronos Quartet”in qastrol turnesinin,
həm də ustad dərslərinin
repertuarına daxil edilib.
Mədəniyyət.- 2017.- 8 mart.-
S.7.