YARAT-ın Zaqataladakı sərgisi böyük maraq doğurub

 

 

 

   YARAT Müasir İncəsənət Mərkəzinin ötən ilin dekabrında Zaqatala Dövlət Rəsm Qalereyasında açdığı “Zamanın izləri” adlı səyyar sərgini indiyədək üç mindən artıq incəsənət həvəskarı izləyib.  

   Səyyar sərgidə Azərbaycan, türk, gürcürus rəssamlarının video, foto və digər janrlarda işlədikləri əsərlərdən ibarət kolleksiya nümayiş etdirilir. Bu əsərlərdə gündəlik həyatda rastlaşdığımız ən adi hadisələr öz əksini tapıb. Ekspozisiyaya daxil olan əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının bir hissəsidir.

   Türkiyəli rəssam Nevin Aladağın “Beş daş oyunufoto silsiləsi, tanınmış Azərbaycan rəssamı Rəşad Ələkbərovun “Şəbəkə” əsəri, fotoqraf Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı” foto silsiləsi, gürcü rəssam Koka RamişvilininÇay”, “Qəhvə” və “Süd” videoları, rusiyalı rəssam Olqa Çernışovanın “Ekranlar” adlı video əsərlər silsiləsi və digər müəlliflərin əsərləri izləyicilər tərəfindən böyük maraqla qarşılanır. Sərgi martın 17-dək davam edəcək.

 

 

Mədəniyyət.- 2017.- 8 mart.- S.10.