Bütün konsertlərimdə iki bayraq altında çıxış edirəm”

 

 

   “Azərbaycan musiqisini, ifaçılıq sənətini tanıdıb, təbliğ etdiyimə görə qürur duyuram

  

   Türkiyənin Ankara şəhərində yaşayan azərbaycanlı pianoçu, professor Hacıbaba Adiloğlunun ailəsini hər kəs musiqiçilər ailəsi kimi tanıyır. Bu ailənin bütün üzvləri piano ifaçılığı sənəti ilə məşğuldur. Türkiyəyə 21 il öncə köçüblər. H.Adiloğlu konsert proqramları ilə çıxış etməklə yanaşı, həm də öz təşəbbüsü ilə qurduğu Suna Korat adına Musiqi Fonduna rəhbərlik edir. Məşhur türk opera müğənnisinin adını daşıyan bu qurumda Türkiyədə yaşayan müxtəlif xalqların nümayəndələri musiqi sənətinin incəliklərini öyrənirlər. Özünün dediyi kimi konsertləri hər zaman Azərbaycan və Türkiyə bayraqları altında keçir. Pianoçu ilə də elə fondda görüşüb söhbət etdik.

     

   - Hacıbaba müəllim, bəlkə öncə oxucularımıza özünüz haqqında məlumat verərdiniz...

   - 1964-cü ildə Bakıda anadan olmuşam. Bülbül adına Orta ixtisas musiqi məktəbində piano təhsili aldıqdan sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum. Xalq artisti Rauf Atakişiyevin sinfində piano dərsləri almışam. Təhsil aldığım illərdə bir çox müsabiqələrə qatılmışam, 1985-ci ildə Bakıda keçirilən Zaqafqaziya müsabiqəsində birincilik qazanmışam. P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında aspirantura təhsilimi başa çatdırdıqdan sonra Azərbaycana qayıtdım konservatoriyada dosent kimi fəaliyyət göstərdim. Bir müddət sonra təkrar Moskvaya getdim orada çalışdım. Bu zaman Bilkent Universitetinin qurucusu İhsan Doğramacı məni Türkiyəyə dəvət etdi. Universitetin piano bölümündə 8 il piano müəllimi kimi çalışdım. Mən o zaman həm dövlət sənətçisi Suna Koratla çalışırdım. Türkiyədədövlət sənətçisiünvanı bizim Xalq artisti deməkdir. O vəfat etdikdən sonra vəqfi elə onun adına açdım. Artıq 21 ildir ki, ailəvi Türkiyədə yaşayırıq.

   - Sənətin nəsildən-nəslə keçməsi fitri istedad tələb edir. İki övladınız da musiqiçidir. Maraqlıdır, sizin musiqiçi olmanızda kimin rolu oldu ümumiyyətlə, musiqi sizin üçün nəyi ehtiva edir?

   - Bizim evimizdə bir musiqi atmosferi var. Həyat yoldaşım da, övladlarım da pianoçudur. Mənə gəlincə, bu anamdan keçib. O da pianoçu idi uşaqlıqdan məni bu sənətə istiqamətləndirdi. Mən təbii ki, 3-4 yaşımda etdiyimi xatırlamıram. Amma anamın dediyinə görə, təxminən bu yaşlarımda pianodaArşın mal alanoperettasından arşınmalçının mahnısını çalmağa başlamışam. Anam da ifamı fərq edincə mənimlə məşğul olmağa başlayıb. Bu sənəti seçməyimə peşman deyiləm. Azərbaycan musiqisini, ifaçılıq sənətini bir çox ölkələrdə tanıdıb, təbliğ etdiyimə görə qürur duyuram. Musiqinin mənim üçün nəyi ehtiva etdiyinə gəlincə, deyə bilərəm ki, musiqi sadəcə barmaqları piano dillərinə toxundurmaqdan ibarət deyil. Musiqi universaldır, insanların ruhunun, mənəviyyatının paylaşımıdır, fərqli dillərdə danışan insanları bir araya gətirən ən önəmli səs vasitəsidir.

   - Musiqi bəstələyirsiniz?

   - Çox bəstələrim var. İzmirdə Doqquz Eylül Universitetində dosent, həm tələbəm Pınar Uçman ilk dəfə mənimBülbüladlı bəstəmi səsləndirdi. Bizim çox tanınmış ifaçımız Fidan Qasımova da Azərbaycanda mənim bəstələrimi səsləndirib.

   - Təşkilati işlər, konsertlərlə yanaşı qurduğunuz bu fondda uşaqlara təhsil verir, musiqiyə sevgi aşılayırsınız. Bir az bu barədə bəhs edin. Uşaqların qəbulu hansı şərtlər əsasında aparılır?

   - Dövlət sənətçisi Suna Korat 2003-cü ildə dünyasını dəyişdi. O, Türkiyənin adını dünyanın ən önəmli səhnələrinə daşımış, təbliğ etmiş bir sənətçi idi. Onun vəfatından sonra onun adına bir fond yaradılmasını çox arzu etdim. Bununla bağlı Suna xanımın ailəsindən izin aldım. Beləliklə, onun adına bu vəqfi açdıq. Burda yetişən tələbələrim London Akademiyasında, ABŞ-da, Fransada, Kanadada beynəlxalq müsabiqələrdə dərəcələr qazanıb. Onlarla qürur duyuram. Biz hər il 6-7 uşağa təqaüd veririk. Amma fondu bitirənlər diplom almır. İki il öncə 8 şagirdim Londonda Kral Akademiyasında (Royal Academy of Music) tam kurs aldı. Əvəzində akademiya mənə fəxri professor titulu verdi.

   Qəbula gəlincə, artıq 4 yaşında uşaqları sınamağa başlayırıq. Uşaqlar əvvəlcə bir qabiliyyət testindən keçirlər. Əlbəttə, bu ifa qabiliyyəti deyil , bir duyma, eşitmə qabiliyyəti, dəyişik ritmlərlə, tək səs, iki səs, üç səs ola bilər. Önəmli olan odur ki, uşaqlar necə eşidə bilir. Buna görə bir istiqamət veririk. Biz həm şagirdləri Kral Akademiyasının dərəcə qazanma imtahanlarını hazırlayırıq. Oğlum Toğrul da bu işdə bizə yaxından kömək edir. Onun da kiçikyaşlı şagirdləri var. Müəllim kimi əsla şagirdlərimə müdaxilə etməməyə çalışıram. Çünki müəllim şagirdinin getdiyi yola işıq tutar.

   - Burada yetişən şagirdlərinizdən gözləntiləriniz nədir? Onlar sadəcə musiqiçi olaraq yetişir, yoxsa...

   - Xeyr, fondumuzda təhsil verdiyimiz hər bir şagirdə təkcə sabahın ifaçısı gözü ilə baxa bilmərik. İntellektual insan yetişdirmək istəyirik. Gördüyünüz mükafatları qazanmaq üçün oğlumla birlikdə ömrümüzün yarısı gedib. Düşünürəm ki, hər bir insan özü ilə yarışa girməlidir. Yəni sənətdə bir sənətkarı digəri ilə yarışdıra bilməzsiniz. O yarış sadəcə onların anlıq performansıdır aldıqları mükafat karyerada önəmli bir nöqtəni təsbit edəcək. Fonda başqa ölkələrin sənətçilərini dəvət edirik, London Akademiyasından dəvət etdiyimiz sənətçilər uşaqlara ustad dərsi keçirlər. Səfirliklərdən bizə müraciət edənlər var. Biz burada Azərbaycan musiqi günləri keçiririk. Müxtəlif universitetlərdə çalışan azərbaycanlı sənətçilər gəlib açıq dərslər keçirlər. Bəlli səviyyəyə çatan yetirmələrimizi London Akademiyasına göndəririk.

   - Müxtəlif məkanlarda konsert proqramları ilə çıxış edirsiniz. Repertuarınızda Azərbaycan musiqisi dərəcədə yer alır?

   - Azərbaycan musiqisi Çukurova ansamblı ilə birlikdə Türkiyənin müxtəlif şəhərlərində verdiyim konsertlərdə yer alır. Bütün konsertlərimdə iki bayraq - Azərbaycan Türkiyə bayraqları altında çıxış edirəm. Oğlum Toğrul İtaliyada təhsil alıb. O, bu günə qədər müxtəlif müsabiqələrdə yer tutub, diplomlara layiq görülüb. O da mənim kimi iki bayraq altında çıxış edir. Ən böyük arzum ən yaxın zamanlarda Toğrul ilə qazandığımız uğurlarımızı Azərbaycanda paylaşmaqdır. Konsertlər təşkil etmək istəyirəm. Bilirsiniz, Azərbaycan ailələrinin çoxunda mütləq hansısa musiqi aləti var. Xalqımızın musiqi ənənəsinin böyüklüyü ondadır ki, heç vaxt öz milli musiqisini unutmur. Bütün Azərbaycan bəstəkarlarının əsərlərində mütləq xalq motivləri var. Bu gün Əzizə Mustafazadə dünyanın bəlkə ilk beş caz sənətçisindən biridir. Vaqif Mustafazadə cazı muğamla sintez etməklə dünyada ilk yaradıb, o da atasının yolunu davam etdirir.

   - Qardaş ölkədə yaşasanız da, vətəndən uzaqdasınız. Vətən həsrətini necə ovuda bilirsiniz qəlbinizdə?

   - Vətənimə xidmətlə. Bilirsiniz, bir çox yerlərdə “siz Rusiya himayəsi altında, rus mədəniyyətinin təsiri altında olmusuz, ona görə sizin məktəbiniz yaxşıdır”, deyirlər. Doğrudur, rus mədəniyyətindən böyük bilgilər almışıq. Lakin bir məqama diqqət yetirək: Sovet İttifaqında 15 respublika vardı. Amma mən onların çoxunda Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahiləri görmürəm. Rusiya məktəbindən öncə bizim Nizami Gəncəvimiz, Vaqifimizbaşqa böyük söz ustadlarımız vardı. Bizim zəngin rəssamlıq, xalçaçılıq sənətimiz, məşhur filosoflarımız var. Hərdən düşünürəm ki, kaş Azərbaycan üçün daha çox görə biləydim. Çoxlu evin, maşınların, mövqeyin ola bilər. Amma vətən ayrı bir məkan, ayrı bir hisdir. Düşünürəm ki, xalqı, milləti, onun ruhunu sənət, ədəbiyyatla yaşatmaq mümkündür və mən də bu yolda bacardıqca əlimdən gələni edəcəyəm.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 8 mart.- S.12.