Orta əsrlər Azərbaycan memarlığına
dair nəşr
Memarlıq doktoru, professor Rayihə Əmənzadənin “Azərbaycan
memarlıq abidələrinin
tipologiyası: XI-XVII əsrlər”
kitabı çapdan çıxıb. Nəşrin elmi redaktoru AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun direktoru
Ərtegin Salamzadədir.
Dərs vəsaitində XI-XVII əsrlərdə Azərbaycanın
memarlıq abidələrinin
tipoloji təsnifatı
ilə yanaşı, onların formalaşma xüsusiyyətləri verilib.
Həmçinin hər regionun
təbii iqlim şəraiti və memarlıq məktəblərinin
gözdən keçirilən
abidələrin formalaşmasındakı
rolu xüsusi qeyd edilib.
Kitabda orta əsrlər
Azərbaycan monumental tikililəri
ümumiləşdirilir və
onların geniş tipoloji spektri təqdim edilir. Memarlıq tipologiyasında dini, xatirə, mülki, ticarət və müdafiə qurğuları
və tikililərin titul siyahısı ehtiva olunur, xalqımızın memarlıq
mədəniyyətinin bir
çox cəhətləri
və abidələrin
funksional müxtəlifliyi
işıqlandırılır.
Memarlıq ixtisası üzrə
bakalavr və magistrlər üçün
nəzərdə tutulan
dərs vəsaiti, eyni zamanda memarlıq
tarixi ilə məşğul olan mütəxəssislər üçün
dəyərli mənbədir.
Mədəniyyət.- 2017.- 8 mart.-
S.15.