“XX əsrin
teatr tendensiyaları” mövzusunda elmi konfrans
Martın 3-də
A.Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrında “XX əsrin teatr tendensiyaları” mövzusunda
elmi konfrans keçirilib.
Tədbir Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
və Azərbaycan Dövlət “Yuğ” Teatrının birgə təşkilatçılığı ilə baş tutub.
Mədəniyyət və İncəsənət
Universitetinin Teatrşünaslıq
kafedrasının müdiri,
Əməkdar incəsənət
xadimi Aydın Talıbzadə çıxış
edərək konfransın
əhəmiyyətindən söz açıb.
O deyib: “Konfransın hədəfi tələbələrdir.
Formatı açıq dərs
tipli olan konfransda tələbələr
müəyyən biliklərini,
o cümlədən XX əsr
dünya teatr mədəniyyəti haqqında
mövcud tendensiyaları
bölüşəcəklər”.
Konfransda
Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Elçin
Cəfərovun “XX əsr. Teatrdan qeyri-teatra doğru”
adlı məruzəsi dinlənilib. Universitetin III və IV kurs tələbələri Dilşad
Əhmədzadə “Merholdun teatr metodunun konseptual mahiyyəti”, Yusif
Dağlar “M.Çexov
“Aktyor texnikası - nurlanmış aktyora doğru”, İlahə
Quliyeva “B.Brextin epik teatr nəzəriyyəsi”,
Nadir Əhmədov “Y.Quratovskinin
yoxsul teatr
poetikası”, Nisə İbadlı “A.Arto və
qəddarlıq teatrı” və Emin
Əliyev “T.Kantor və ölüm
teatrı” adlı məruzələrlə
çıxış ediblər.
Mədəniyyət.- 2017.- 8 mart.-
S.15.